Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Uşaq hüquqları və sağlam həyat”

23.10.2018

Goranboy rayon Mərkəzi Kitabxananın Goranboy rayon 4 saylı internat məktəbində 20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının müdafiəsi günü münasibətilə “Uşaq hüquqları və sağlam həyat” adlı tədbir keçirdilər.

Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova açdı tədbirin əhəmiyyəti haqqında məlumat verdi.

Rayon Təhsil Şöbəsinin Uşaq hüquqları üzrə məsləhətçisi İlham Əhmədov, BMT-nin Uşaq Hüquqları Konvensiyası haqqında geniş məlumat verdi və qeyd etdi ki, bu 1989-cu il noyabrın 20-də BMT- tərəfindən qəbul edilən Uşaq hüquqlarının qorunması sahəsində ən mükəmməl beynəlxalq sənətdir.

Sonra Uşaq şöbəsinin oxu zalının müdiri Samirə Əliyeva “Sən hüquqlarını bil və qoru” adlı məruzə ilə çıxış etdi və məktəblilərin nəzərinə çatdırdı ki, siz hüquqlarını öyrənməli, bilməli və yoldaşlarınıza təbliğ etməlisiniz. Beynəlxalq Uşaq Hüquqları ilə bağlı keçirilən Uşaq şöbəsinin multimedia resursları üzrə mütəxəsissi Rəbiyyə Əliyeva “Uşaq hüquqları nədir” adlı məruzə ilə çıxış etdi.

Tədbirin sonunda məktəblilər şeir söylədilər. Tədbir iştirakçıları Uşaq Hüquqları ilə bağlı “Uşaq hüquqları hamı üçün” adlı sərgi ilə tanış oldular.