19.10.2018
Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyində Azərbaycanın görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Səhnəmizin bənzərsiz ərəbzəngisi” adlı tədbir keçirmişdir.
Tədbiri muzeyin direktor əvəzi Ulduz Bağırova açaraq Xalq artisti Gülxar Həsənovanın həyatı, səhnə fəaliyyətindən ətraflı danışdı.
O, qeyd etdi ki, Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaradıb, gənc opera solistlərinin hazırlanmasında təqdirəlayiq xidmətlər göstərib.
Tədbirdə rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Şəhər 1 saylı klub, Şəhər incəsənət məktəbi, Şəhər 1 saylı tam orta məktəbi, Şəhər Yap Təşkilatının nümayəndələri iştirak etmişdir.
Sonda Gülxar Həsənovanın həyat və fəaliyyətindən bəhs edən video çarxa baxış keçirilmişdir.