Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günüdür

17.10.2018

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. Dövlətimiz illərin ağır sınaqlarından keçərək bu günə qədər gəlib çıxmışdır.Tarix dəfələrlə sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Bu münasibətlə 18.10.2018- ci il tarixdə MKS-nin 13 №-li kitabxana filialı, Gəncə Dövlət Regional Kollecinin müəllim və tələbələri ilə birgə “Müstəqilliyimiz əbədidir” adlı şeir gecəsi keçirdi. İlk olaraq azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən vətən şəhidləri yad edildi və Azərbaycanın himni səsləndirildi. Tədbiri kitabxananın böyük kitabxanaçısı Əliyeva Günel açaraq iştirakçıları salamladı və sözü kollecin tarix müəlliməsi Quliyeva Könül müəlliməyə verdi. Müəllimə “Şərqdə ilk Demokratik Cümhuriyyət” başlığı mövzusunda çıxış etdi. Tələbə Rzayeva Aytac “Azərbaycan bu gün” başlığı ilə çıxış etdi. Bildirdiki ki, bu gün şərəf günümüzdür. Onu qoruyub saxlamaq məhz biz gənclərin əlindədir. Bu gün dövlətimiz hər bir sahədə dünyada tanınır və inkişaf edir. Cıxışların davamında kollecin 1-ci kurs tələbələri Pirqulu Çəmən, Zeynalova Ayşə və 41 №-li məktəbin şagirdlərinin ifasında “Azərbaycanım”, “Müstəqillik bayramı”, “Vətənimdir Azərbaycan”, “Mən Azərbaycanlıyam” və s. şeirlərlə çıxış etdilər.