17.10.2018
17 oktyabr 2018 – ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında Azərbaycan Dövlət Müstəqilliyinin 27 – ci ildönümü ilə əlaqədar “Milli qürurumuzun təntənəsi” adlı oxucu konfransı keçirildi. Tədbirin əvvəlində torpaqlarımızın azadlığı və suverenliyi yolunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Natella Hacıyeva açaraq vurğuladı ki, Azərbaycan Dövlət Müstəqilliyi xalqımızın tarixi nailiyyətidir və onu qorumaq, əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur. Sonra söz əsas məruzəçi – 25 saylı orta məktəbin tarix müəllimi Rəfiqə Məmmədovaya verildi. O, “Müstəqillik əbədidir” mövzusunda çıxış etdi. Sonra konfransın mövzusu haqqında çıxışlar başladı və çıxış edənlər müstəqilliyi qazanmaq nə qədər asan olsa da, onu odlardan, alovlardan keçirib saxlamağın bir o qədər çətin olduğunu vurğuladılar. Fəal oxucumuz Səkinə Salmanovanın ifasında Nəriman Həsənzadənin “ Azərbaycan” şeiri dinlənildi. Müstəqil Dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müstəqillik haqqında fikirləri böyük kitabxanaçı Könül Mirxudayeva tərəfindən təqdim edildi. Daha sonra kitabxananın əməkdaşları tərəfindən Müstəqilliyə həsr edilmiş videoçarx və “18 oktyabr – Dövlət Müstəqilliyi Günü” dür adlı sərgi nümayiş olundu.