Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Uşaq İncəsənət Məktəbində bayram tədbiri

17.10.2018

Gəncə şəhər Uşaq İncəsənət Məktəbində 18 Oktyabr – Müstəqillik gününə həsr olunmuş rəsm sərgisi və konsert təşkil olundu.

Məktəb direktoru Ramail Atayev tədbiri açaraq iştirakçıları salamladı və Müstəqillik günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və onun simasında Azərbaycan xalqının ünvanına təbrik ünvanladı.

İncəsənət məktəbinin nəzəriyyə şöbəsinin müdiri Nailə Hüseynova, şöbənin müəllimi Aynurə Vəliyeva çıxış edərək 18 Oktyabr – Müstəqillik günü barədə ətraflı məlumat verdilər.

Məktəbin şagird və müəllimlərinin hazırladıqları musiqi proqramı təqdim edildi.

Tədbir iştirakçıları Müstəqillik gününə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.

Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin filialında şagirdlər asfalt üzərində müstəqilliyimizə həsr olunmuş rəsm sərgisi nümayiş etdirdilər.