17.10.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 17.10.2018-ci il tarixidə 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə”Müstəqillik tarixi sərvətimizdir” başlığı altınada ədəbi -bədii gecə keçirildi.
Tədbiri giriş sözü ilə açan şöbə müdiri Ellada Rəhimova iştirakçıları salamlayaraq, onları bayram münasibətilə təbrik etdi. O,bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliy.i XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Tədbirdə kitabxananın fəal oxucuları tərəfindən X.R.Ulutürkün, M.Arazın,Z.Yaqubun və s. şairlərin vətənpərvərlik ruhunda yazdığı şeirləri ifa olundu. Məmmədova Fatimə, Məmmədov Rəcəb, İslamova Məryəm Məmməd Rahimin şeirlərindən ibarət “Azərbaycanım mənim” adlı kompozisiya ilə çıxış etdilər. Tədbir “Çırpınırdı Qara dəniz” müsiqisi ilə sona çatdı. Gecədə “Azərbaycan Müstəqillik yollarında” video-çarx nümayiş olundu. Tədbirdə 22 nəfər iştirak etdi.