17.10.2018
MKS-nin 9 saylı kitabxana filialı 17.X.2018 –ci il tarixdə 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə “Heydər Əliyev və Müstəqill Azərbaycan” başlığı altında mövzu gecəsi keçirildi. Tədbirdə kitabxananın oxucuları iştirak etdilər. Filialın müdiri Məsmə İsgəndərova iştirakçıları salamlayaraq, 18 oktyabrı hər il tarixi bayram kimi qeyd etdiyimiz Dövlət Müstəqilliyi haqqında məlumat verdi. 37 saylı orta məktəbin tarix müəllimi Əfsanə Məmişova sovet imperiyasının dağılmasından, Azərbaycan xalqının öz milli müstəqilliyini bərpa etmək imkanı qazanmasından, xalqımızın uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşmasından danışdı..
Müəllimə Şirinxanım İbrahimova, Azərbaycanın süveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə olsa da,, Müstəqil,əbədi və dönməz dövlət kimi yaşamasında , ümummilli lider Heydər Əliyevin adı və bu yolda ULU ÖNDƏRİN çətin və dönməz fəaliyyətindən söhbət etdi..
Tədbirin sonunda kitabxananın fəal oxucuları Əliyeva ilhamə “ Məmməd Arazın , Ayağa dur, Azərbaycan!“,Əliyeva Mənzərə “Hüseyn Əsgəroğlu,Azərbaycanım mənim” ,şerlərini söylədilər.