Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azadlığın çətin yolu”

17.10.2018

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 17 oktyabr 2018-ci il tarixdə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunmasının 27 illiyi münasibətilə “Azadlığın çətin yolu” mövzusunda söhbət keçirildi.

Tədbirdə Gəncə Dövlət Universitetinin müəllimləri Qasımova Samirə və Məhsəti Fərzəliyeva bir əsrdə iki dəfə əldə etdiyimiz Dövlət Müstəqilliyimizin çətin və şərəfli yollarından danışdı. Tələbələr mövzu ətrafında öz fikirlərini bildirdilər. Sonda iştirakçılar müstəqilliyimizə həsr olunmuş video-çarxa baxdılar.