17.10.2018
Goranboy rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr – Müstəqillik günü münasibəti ilə Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sistemi əməkdaşlarının birgə təşkilatçılığı ilə "Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir" mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktor əvəzi Xəyyam Quliyev açaraq 18 oktyabr – Dövlət Müstəqilliyi günü barədə ətraflı danışdı.
Sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Mətanət Hüseynova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Dürdanə Bayramova çıxış etdilər. Çıxış edənlər müstəqil Azərbaycanın inkişafına, firavanlığına doğru sürətlə irəlilədiyindən, dünya birliyində layiqli yer tutmasından geniş və ətraflı məlumat verdilər.
Tədbirdə mədəniyyət işçiləri ilə bərabər Goranboy rayon 1 saylı tam orta məktəbin müəllim və şagirdləri də iştirak etdilər.