Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”

17.10.2018

Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialında 18 oktyabr – Dövlət Müstəqillik günü münasibətilə “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı oxucu konfransı keçirildi.

Tədbiri 11 saylı kitabxana filialının böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq iştirakçıları salamladı.

Tədbirdə 15 saylı kitabxana filialının kitabxanaçısı Aygün Sulaxbin Elçi və Tarixi abidələrin mühafizəçisi Abbas Məmmədov çıxış edərək müstəqilliyimizin daimi, əbədi dönməz olduğunu diqqətə çatdırdılar.

Sonda bütün tədbir iştirakçıları Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə fəaliyyətində böyük uğurlar, respublikamıza sülh, əmin-amanlıq və davamlı inkişaf arzuladılar.