16.10.2018
Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyi 18 oktyabr – Müstəqillik günü ilə əlaqədar “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı tədbir keçirilmişdir.
Tədbiri muzeyin direktor əvəzi Ulduz Bağırova açaraq, ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycanın parlaq uğurlarından danışıb.
Tədbirdə səsləndirilən məruzələrdə qeyd olunub ki, 1991–ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan tarixinin yeni mərhələsi başlanıb. Xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşdırılması siyasətinin nəticəsi olaraq qısa dövrdə dövlətimizin hüquqi-sosial bazası yaranıb, müstəqilliyi möhkəmlənib, dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində son illər Respublika dünyada qabaqcıl ölkələr sırasına çıxıb, iqtisadi inkişaf tempinə görə lider ölkələrdən birinə çevrilib.
Tədbirə yekun vuran Ulduz Bağırova Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz xarakter aldığını, Prezident İlham Əliyevin ölkəmizi regionda aparıcı dövlətə çevirdiyini diqqətə çatdırıb.