12.10.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 12.10.2018-ci il tarixdə “Uşaq ədəbiyyatı xəzinəsindən” başlığı altında kitabxanaya fonduna daxil olmuş yeni uşaq ədəbiyyatının sərgisi keçirildi.
Şöbənin müdiri Ellada Rəhimova oxuculara kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında, onun müasir dövrlə uyğun gəlməsi haqqında məlumat verdi. Sərgidə 43 kitab nümayiş olundu. Nümayiş olunan kitablar arasında Azərbaycan uşaq ədəbiyatı ilə yanaşı rus uşaq kitabları vardır. Sərgidəki kitablar bütün uşaqların maraq dairəsinə uyğun gəldi. Sərgilənən kitablar arasında bütün uşaqların yaş həddinə uyğun kitablar vardır. Tədbir çox maraqlı keçdi. Tədbirdə 22 nəfər uşaq iştirak etdi. Bundan başğa kitab sərgisinin nümayişi zamanı kitabxanaya yeni oxucular üzv oldular.