Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünya böyük, ömür yolu bir addım”

15.10.2018

Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialında Azərbaycanın xalq yazıçısı Məmməd Arazın anadan olmasının 85 illiyi münasibətilə “Dünya böyük, ömür yolu bir addım” adlı biblioqrafik icmal keçirildi.

Tədbiri filialın müdiri Esmira Həsənova açaraq görkəmli Azərbaycan şairi Məmməd Arazın həyatı və yaradıcılığı haqqında qısa məlumat verdi.

Daha sonra yazıçının Seçilmiş əsərləri kitablarının I və II cildlərinin biblioqrafik icmalı oldu.

Tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının əməkdaşları ilə yanaşı kitabxananın fəal üzvləri də iştirak etdi.