Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Müstəqilliyimiz milli sərvətimizdir”

12.10.2018

Goranboy rayon 1 №li Sənətkarlıq evində 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunmuş “Müstəqilliyimiz milli sərvətimizdir” adlı dəyirmi masa keçirilmişdir.

Tədbiri 1 №li Sənətkarlıq evinin müdiri Nazilə Kazımova açaraq “Müstəqilliyimiz milli sərvətimizdir” başlıqlı məruzə ilə çıxış etdi. Mərkəzi Kitabxananın əməkdaşı Günel Vəliyeva və Heydər Əliyev Mərkəzinin əməkdaşı Türkan Nəcəfova məruzə ərtafı çıxışlar etdilər.

Çıxışçılar ölkəmizin müstəqillik əldə etməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdılar.

Dəyirmi masada çıxış edənlər qeyd etdilər ki, 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir. Dövlətimiz və müstəqilliyimiz gündən-günə möhkəmlənir, Azərbaycan Respublikası qüdrətlənir.

Sonda tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyev haqqında video-çarxa baxdılar.