Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçirilib

12.06.2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin filialında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin ictimai-siyasi sabitliyinin təmin olunması və müstəqilliyimizin qorunub saxlanılması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edilib. Qeyd olunub ki, 15 İyun – Milli Qurtuluş Günü xalqımızın taleyində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, Azərbaycanın inkişaf və tərəqqi yolunun əsasını təşkil edən tarixi hadisədir.

Konsert proqramında məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim olunub, mahnılar ifa edilib və rəqs kompozisiyaları nümayiş etdirilib. Təqdim olunan çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə fləşmob təşkil olunub. Vətənpərvərlik mövzusunda musiqinin sədaları altında təqdim edilən fləşmob tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və proqram yaddaqalan anlarla başa çatıb.

 

160.4 KB

 

136.3 KB

 

138.5 KB