02.06.2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Goranboy Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon üzrə mədəniyyət müəssisələri və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid övladları, ictimai fəallar və rayon sakinləri iştirak ediblər.
Bayram proqramı çərçivəsində uşaqların ifasında musiqi və rəqs nömrələri təqdim olunub, onların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Həmçinin bədii səhnələr, şeir nümunələri və idmançıların çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir uşaqlara xoş anlar yaşadıb, bayram əhval-ruhiyyəsinin yüksəlməsinə töhfə verib.