Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Samuxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib

01.06.2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbi və Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, şəhid övladları və məktəblilər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra uşaqlara həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində xalq çalğı alətləri orkestrinin, rəqs kollektivlərinin, fortepiano ifaçılarının, qanun və violin ifaçılarından ibarət ansamblın, qarmonçalanlar ansamblının çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Həmçinin məktəbin balaca xanəndələrinin ifasında “Heyratı” ritmik muğamı səsləndirilib.

Konsert proqramı məktəbin müəllimi İslam Əlizadənin ifasında səsləndirilən “Xoşbəxt olsun uşaqlar” mahnısı ilə yekunlaşıb. Mahnının sonunda bütün uşaqlar səhnəyə dəvət olunublar.

Sonda şəhid övladlarına və tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

 

231.2 KB

 

277 KB

 

215.4 KB