01.06.2026
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 nömrəli kitabxana filialı və Gəncə Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin, Mədəniyyət İşləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin dəstəyi ilə “Dünya uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi və kitab sərgisi keçirilib.
Tədbirdə çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıblar.
Müsabiqə zamanı iştirakçı uşaqlar öz yaradıcılıq bacarıqlarını nümayiş etdirərək çəkdikləri rəsmlərdə dünyanı necə görmək istədiklərini ifadə ediblər.
Sonda iştirakçılara təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
Tədbirin sonunda iştirakçılar təşkil olunmuş kitab sərgisi ilə tanış olaraq nümayiş etdirilən nəşrlərə maraq göstəriblər.