01.06.2026
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, 4 nömrəli Uşaq Musiqi Məktəbi və 2 nömrəli Uşaq Musiqi Məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Tədbirlərdə uşaqların hüquqlarının qorunmasının əhəmiyyəti, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyümələrinin vacibliyi barədə məlumat verilib. Müxtəlif musiqi nömrələri, şeirlər, rəqs kompozisiyaları və əyləncəli proqramlar təqdim olunub.
Bayram tədbirlərində məktəblərin şagirdləri öz istedad və bacarıqlarını nümayiş etdirərək maraqlı çıxışlarla iştirakçılara xoş ovqat bəxş ediblər. Səsləndirilən musiqi nömrələri və təqdim olunan bədii kompozisiyalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Keçirilən tədbirlərin məqsədi uşaqların yaradıcılıq potensialının inkişafına dəstək göstərmək, onların asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək və bayram əhval-ruhiyyəsini bölüşmək olub