Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar ”İşıqlı xatirə, əbədi iz - Zərifə Əliyeva” mövzusunda tədbir keçirilib.

15.04.2026

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyi Akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar "İşıqlı xatirə, əbədi iz - Zərifə Əliyeva" mövzusunda tədbir təşkil edib. Tədbirdə Gəncə Tibb Kollecinin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Akademik Zərifə xanım Əliyevanın zəngin həyat yolu, elmi fəaliyyəti və yüksək insani keyfiyyətləri hər birimiz üçün örnəkdir. Zərifə xanım Əliyeva yalnız peşəkar həkim və alim kimi deyil, eyni zamanda humanist bir insan kimi də yaddaşlarda qalmışdır. O, oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər əldə etmiş, minlərlə insana nur bəxş etmişdir. Vurğulanıb ki, onun elmi irsi bu gün də Azərbaycan tibb elminin inkişafında mühüm rol oynayır. Sonda Vaqif Mustafayevin "Heydər Əliyev. Əsl məhəbbət haqqında" filmi nümayiş olunub

 

466.7 KB

 

491.1 KB

 

437.4 KB