Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəmbər Hüseynlinin xatirəsi ehtiramla yad edilib

16.04.2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin anadan olmasının 110 illiyi münasibətilə xatirəsi anılıb.

Bu münasibətlə bəstəkarın abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Mərasimdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, mədəniyyət işçiləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri və bəstəkarın ailə üzvləri iştirak ediblər.

Qeyd olunub ki, Qəmbər Hüseynlinin Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr və zəngin yaradıcılıq irsi daim yaşadılır və gələcək nəsillərə ötürülür.

 

688.5 KB

 

635.8 KB

 

602.6 KB