18.03.2026
Martın 17-də Daşkəsən Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Meydanında Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon rəhbərliyi, rəsmi şəxslər, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bayram proqramı çərçivəsində milli adət-ənənələri əks etdirən çıxışlar təqdim olunub, xalq sənətkarlığı və milli mətbəx nümunələri sərgilənib.
Tədbir musiqi nömrələri, rəqslər və əyləncəli proqramlarla başa çatıb.