17.03.2026
Martın 17-də Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Filarmoniyasının, Gəncə Dövlət Kukla Teatrının və Gəncə Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Gəncə şəhərində ilaxır çərşənbə və Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib.
Tədbirdə rəsmi şəxslər, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə musiqi və incəsənət kollektivlərinin çıxışları, milli adət-ənənələri əks etdirən səhnəciklər nümayiş olunub.
İştirakçılar “Gəncəsənət” incəsənət, sənətkarlıq və yaradıcılıq sərgisi, eləcə də Urban Mərkəzində təşkil edilən “bahar sərgisi” ilə tanış olublar.
Tədbir Gəncə Dövlət Filarmoniyasının “Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının konsert proqramı ilə davam edib.