26.02.2026
Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi tərəfindən silsilə film nümayişləri təşkil olunub.
Tədbir çərçivəsində “Qayıdış”, “Doğma Torpaq”, “Zəfərə açılan mənzərə” və “Torpağı sanı yaşayasan” filmləri tamaşaçılara təqdim edilib.
Film nümayişlərinin keçirilməsində əsas məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və tarixi həqiqətlərin təbliğinə töhfə vermək olub.