25.02.2026
Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı 26 Fevral Xocalı faciəsi ilə əlaqədar "Xocalı soyqırımı - vəhşiliyin görünməmiş təzahürü" mövzusunda tədbir keçirib.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən Regional Nümayəndəliyinin Samux bölməsi üzrə mütəxəssisi və Gəncə şəhər 32 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan Xocalı soyqırımının otuz dörd il ötür. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın zamanı Ermənistan silahlı qüvvələri tərəfindən yüzlərlə mülki şəxs - qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirilmişdir. Mülki əhali məqsədli şəkildə hədəf alınıb, insanlar kütləvi şəkildə öldürülüb və işgəncələrə məruz qalmış, şəhər tamamilə dağıdılmış, sakinlər doğma yurdlarından didərgin salınmışdır.
Xocalı şəhəri 2023-cü il sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın tam nəzarətinə keçmişdir. Hal-hazırda azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir