Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fikrət Əmirov Məktəbləri: ”Vahid Səhnə” adlı birgə konsert proqramı uğurla keçirilib.

24.02.2026

Fikrət Əmirov Məktəbləri: "Vahid Səhnə” adlı birgə konsert proqramı uğurla keçirilib

20 fevral 2026-cı il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbi ilə Bakı şəhərində fəaliyyət göstərən Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Fikrət Əmirov Məktəbləri: Vahid Səhnə” adlı konsert proqramı keçirilib.

Konsertdə Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin direktorları, eləcə də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət və incəsənət üzrə sektor müdiri Altun Rəcəbli iştirak edib. Hər iki məktəbin şagirdlərinin ifaları tamaşaçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində məktəblər arasında yaradıcı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Çıxış edən direktorlar bu cür birgə layihələrin regionlararası mədəni əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirərək əməkdaşlığın davamlı olacağına inandıqlarını qeyd ediblər.

Konsert proqramında nümayiş etdirilən yüksək peşəkarlığa görə Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.

Layihə mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına və gənc istedadların yaradıcılıq potensialının üzə çıxarılmasına mühüm töhfə kimi qiymətləndirilir.

 

214.9 KB

 

179.2 KB