Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş İntellektual yarış keçirilib.

19.02.2026

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən 2 şəhər və 4 rayon daxil olmaqla ümumilikdə 15 muzey və mərkəzin əməkdaşlarından ibarət komandalar arasında 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş İntellektual yarış keçirilmişdir.

Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən intellektual yarışdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə Regional idarə, muzey və mərkəz əməkdaşları tərəfindən əkil qoyulmuş, daha sonra Dövlət Himni ilə yarış açıq elan edilmişdir.

Birinci, ikinci və final mərhələlərindən ibarət yarışın birinci mərhələsindən ikinci mərhələsinə 3 muzey, 1 mərkəz və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu keçməyə müvəffəq olmuşdur və final mərhələsində 1, 2 və 3-cü yerlərin qalibləri məlum olmuşdur. Hər 3 mərhələdə fasilələr zamanı intellektual yarış iştirakçılarına Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müəllimləri və şagirdləri tərəfindən musiqi nömrələri təqdim olunmuşdur.

İntellektual yarışda Mədəniyyət könüllüləridə aktiv iştirak etmişdir.

Sonda 1, 2 və 3-cü yerin qalibi olan komandalara hədiyyə kuponları və təşəkkürnamələr təqdim olunmuşdur.

 

26.4 KB

 

25.3 KB

 

29 KB