02.10.2018
Gəncə şəhər MKS-nin 13 №li kitabxana filialı, Gəncə şəhər S. Vurğun adına 41№-li tam orta məktəbin 3-cü sinf şagirdlərinə, Azərbaycan Uşaq Ədəbiyyatı Antalogiyası (2 cilddə) kitabının təqdimatını keçirdi.
Böyük kitabxanaçı Əliyeva Günel şagirdləri salamlayaraq, kitabı şagirlərə təqdim edərək onun əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Azərbaycan Uşaq Antalogiyası 2 cilddən ibarətdir. Əsasən kiçik yaşlı oxucularımız üçün yazılmış bu kitabın 1-ci cildi Azərbaycan Uşaq folkloru nümunələrindən seçilib, tərtib edilib. Burada laylalar, oxşamalar, tapmacalar, yanıltmaclar, atalar sözləri, əfsanələr, rəvayətlər, qaravəllilər, nağıllar, düzgülər, yanıltmaclar xronoloji ardıcıllıqla yer almışdır. 432 səhifədir.
Antalogiyanın 2-ci cildinin başqa özəlliyi isə ondan ibarətdir ki, klassik və müasir uşaq poeziya yazıçılarının şeirləri kitabda yer alıb.
Məktəbin ibtidai sinif müəlliməsi Gülbəniz Əlyeva bildirdi ki, bu kitablar ən yaxşı sinifdən xaric oxu kitabı kimi əhəmiyyətlidir. Sonra şagirdləri maraqlandıran suallar cavablandırıldı.