Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Çöhrəsi, nəfəsi kövrək ahıllar”

01.10.2018

Gəncə şəhər MKS-nin 11 saylı kitabxana filialı Veteranlar Təşkilatında 1 oktyabr-Beynəlxalq Ahıllar günü münasibəti ilə “Çöhrəsi,nəfəsi kövrək ahıllar” başlıqlı mövzu gecəsi keçirdi.

Tədbiri Veteranlar Təşkilatının sədri Yusif Məmmədov açaraq tədbir iştirakçılarını salamladı və Beynəlxalq Ahıllar günü münasibəti ilə bütün ahılların timsalında Müharibə veteranlarını təbrik etdi.

Daha sonra 11 saylı filialın müdiri Esmira Həsənova çıxış edərək Beynəlxalq Ahıllar günü haqqında məlumat verdi və dövlətimizin ahıllara , müharibə veteranlarına göstərdiyi qayğını öz çıxışında vurğuladı.

Tədbirdə həmçinin , Nizami rayon Veteranlar Təşkilatının sədri Tofiq Hüseynov, Respublikanın xalq artisti Məmmədəli Balayev, Veteranlar Təşkilatının rəyasət heyyətinin üzvləri Sahib Məmmədov, Sabir Rüstəmov, Qədir Əliyev və Nəriman Əliyev də çıxış edərək dövlətimizin, Ümumilli lider Heydər Əliyevin, Prezidentimiz Cənab İlham Əliyevin, YUNESKO-nun xoşməramlı səfiri, vitseprezident, birinci xanım Mehriban xanım Əliyevanın ahıllara, II Dünya müharibəsi və Qarabağ müharibəsi veteranlarına və əlillərinə olan qayğısından söz açdılar.

Çıxışlar zamanı həmçinin ahılların cəmiyyətdə əvəzolunmaz xüsusi rolu da vurğulandı.

Tədbirdə Beynəlxalq Ahıllar gününü əks etdirən video çarx da nümayiş olundu.

Tədbirin sonunda Veteranlar Təşkilattının sədri Yusif Məmmədov başda olmaqla bütün veteranlarla birgə xatirə şəkli çəkildi.