Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müasir Azərbaycan - Heydər Əliyev amalının təntənəsi”

11.12.2025

 

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan - Heydər Əliyev amalının təntənəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak edib.

Öncə iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara və kitablardan ibarət sərgiyə baxış keçiriblər.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ulu Öndərin müstəsna xidmətlərini özündə ehtiva edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın taleyində əvəzsiz tarixi xilaskarlıq missiyasını həyata keçirmiş, ölkəni tənəzzüldən çıxararaq sabitliyə, inkişaf və tərəqqiyə doğru aparmışdır. Onun müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycan qısa müddətdə regionun lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə böyük nüfuz və söz sahibi olmuşdur.

Bu gün quruculuq yolu ilə sürətlə inkişaf edən, siyasi, iqtisadi və hərbi gücü ilə seçilən müasir və qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik ideyalarının bəhrəsidir. Vətən Müharibəsində qazanılan tarixi Qələbə, işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq, quruculuq işləri həm Heydər Əliyevin yaratdığı möhkəm təməlin, həm də Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinin, diplomatik səylərinin və müstəsna xidmətlərinin məntiqi nəticəsidir.