26.11.2025
26 noyabr 2025-ci il tarixində Göygöl rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbində Kəlağayı Gününə həsr olunmuş “Milli musiqimizdə kəlağayı irsi” adlı tədbir keçirilib.
Natiqlər kəlağayının tarixi, Azərbaycan qadınının zəriflik rəmzi kimi əhəmiyyəti və xalq musiqisi ilə əlaqələrindən danışıblar. Tədbirdə musiqi nömrələri səsləndirilib və kəlağayının müxtəlif bölgələrə xas naxış və rənglərini əks etdirən sərgi təqdim olunub.
Sonda iştirakçılar milli irsin qorunması və gənc nəslə çatdırılmasının vacibliyini qeyd edərək belə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.