01.10.2018
Gəncə şəhəri MKS-nin 11 saylı kitabxana filialı şəhərin 21 saylı tam orta məktəbində Beynəlxalq Turizm günü münasibəti ilə “Azərbaycanın Turizm bölgələri” adlı sual-cavab gecəsi təşkil etdi.
Tədbiri filialın müdiri Esmira Həsənova açaraq Beynəlxalq Turizm günü və Azərbaycanın Turizm bölgələri haqqında qısa məlumat verdi.
Daha sonra filialın kitabxanaçısı Nailə Məmmədova 21 saylı tam orta məktəbin 4-cü sinif şagirdləri ilə sual-cavab şəklində Azərbaycanın Turizm bölgələrini, orda yerləşən tarixi abidələri diqqətə çatdırdı.
Sual-cavab gecəsində şagirdlər iki komandaya bölünərək bilik yarışı nümayiş etdirdilər. “Günəş” komandası “Şimşək” komandasına qalib gəldi.
Tədbirdə həmçinin, Azərbaycanın Turizm bölgəliri ilə yanaşı tarixi abidələrlə zəngin olan Gəncənin də, turizm bölgələri, tarixi abidələri foto-slayd şəklində nümayiş etdirildi.
Tədbirdə turizmi əks etdirən kitablardan ibarət kitab sərgisi də nümayiş olundu.