Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aşağıdakı başNaftalanda “Korrupsiya ümumxalq işidir” mövzusunda maarifləndirici tədbir keçirildi

28.11.2025

 Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Naftalan şəhər Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Korrupsiya ümumxalq işidir” mövzusunda tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2020-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2022–2026-cı illər üçün Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilmişdir.

Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra çıxış edənlər – Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Şahmar Ədilov, Naftalan Şəhər Mərkəzi Kitabxanasının direktoru Nərmin Əliyeva, Heydər Əliyev Mərkəzinin elmi işçisi Ramilə Həsənova və Mədəniyyət Mərkəzinin bədii rəhbəri – mövzu ilə bağlı məruzələrini səsləndirərək korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti barədə məlumat vermişlər.