Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboyda “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

28.11.2025

 

 

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Goranboy rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Prezidentin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Mədəniyyət Mərkəzinin bədii rəhbəri İdeya Dəmirbəyli tərəfindən açılmış, mövzuya dair videoçarx nümayiş olunmuşdur. Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Səbuhi Məhərrəmov, Regional Mədəniyyət İdarəsinin nümayəndəsi İsax Məmmədov və Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəbnəm Əliyeva çıxış edərək korrupsiyaya qarşı mübarizənin vacibliyini vurğulayıblar.