Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göygöldə “Konstitusiya prinsipləri və korrupsiya ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

26.11.2025

27 noyabr 2025-ci il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə “Konstitusiya prinsipləri və korrupsiya ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində və 2022–2026-cı illər üzrə Milli Fəaliyyət Planının icrası məqsədilə təşkil olunmuşdur.  Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Vüsal Rzayev, rayon prokurorunun böyük köməkçisi Niyaməddin Bağırlı və Hüquq şöbəsinin müdiri Təhminə Şəbəndəyeva çıxış edərək Konstitusiya prinsiplərinin təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi və korrupsiyaya qarşı mübarizənin əhəmiyyətini vurğulamışlar.  Çıxışlarda cəmiyyətin hüquq mədəniyyətinin artırılması, şəffaflıq və qanunçuluq prinsiplərinin möhkəmləndirilməsi, eləcə də korrupsiya risklərinin qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilmişdir.  Sonda mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilmişdir.