24.11.2025
24.11.2025-ci il tarixində Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Samux rayon Heydər Əliyev Mərkəzi, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Gənclər Uşaq İdman İdarəsi Samux şöbəsi, Gənclər İnkişaf və Karyera Mərkəzinin Samux bölməsinin birgə təşkilatçılığı ilə "Korrupsiyaya yox deyək" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova korrupsiyanın cəmiyyətimiz üçün "xərçəng xəstəliyi" nə bənzədərək cəmiyyətin hər bir üzvünün bu mövzuya həssas davranması və bunun kökünü kəsməyə köməklik göstərməsini əsas gətirərək dövlətin bu sahədə apardığı mübarizəyə dəstək olması haqqında danışdı.
Gənclər Uşaq İdman İdarəsi Samux şöbəsinin direktoru Rasim İmanquliyev bu mövzun gənclər arasında təbliği mexanizminin daha güclü aparılmasını, korrupsiyanın gənc nəsil tərəfindən daha köklü şəkildə qarşını almaq gücündə olduğunu əsaslandırmışdır.
Tədbirdə çıxış edən natiqlər mövzu ətrafında geniş çıxış etmşlər. Sonda korrupsiyanın cəmiyyətin inkişafına vurduğu zərərləri özündə əks etdirən videoçarx işlənmişdir.