Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ulu Öndərə həsr olunan misralar” adlı şeir müsabiqəsi keçirilib

24.11.2025

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə MKS-nin 16 nömrəli kitabxana filialının təşkilatçılığı, Gəncə Uşaq İncəsənət Məktəbinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin irsinin təbliği məqsədilə “Ulu Öndərə həsr olunan misralar” adlı şeir müsabiqəsi keçirilib. 

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Çıxışçılar belə müsabiqələrin gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsində əhəmiyyətini vurğulayıblar.

Müsabiqədə tam orta məktəb şagirdləri iştirak edib və çıxışlar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Tədbirdə “Ulu Öndər Heydər Əliyev misralarda” mövzusunda sərgi nümayiş olunub, qaliblərə diplomlar və iştirakçılara hədiyyələr təqdim edilib.

Tədbir boyu Gəncə Uşaq İncəsənət Məktəbinin “Gəncə Qöncələri” ansamblı (rəhbər Məsud Kərimov), “Zəfər” ansamblı (rəhbər Famil Kərimov) və gənc ifaçılar Necəti Abışov, Kazım Nəsibov və Məhəmməd Əliyev musiqi nömrələri ilə çıxış ediblər.

 

92.6 KB

 

76.1 KB

 

118.9 KB