24.11.2025
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində görkəmli bəstəkar Fikrət Əmirovun 103 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim və şagirdləri tərəfindən bəstəkarın yaradıcılığına həsr olunmuş musiqi nümunələri səsləndirilib, onun Azərbaycan musiqi irsindəki önəmli rolu vurğulanıb.
Sonda tədbirin təşkilində və keçirilməsində fəal iştirakına görə bir neçə müəllimə təşəkkürnamə təqdim olunub.