Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşağı kitab oxumağa necə alışdırmaq olar ?

26.09.2018

Kitab dövrümüzün həyatıdır, hamının – qocanın da, cavanın da, iş adamının da, işi olmayanın da, habelə uşaqların da ona ehtiyacı vardır. Uşaqlar indi daha çox televiziya və kompüterə yönəliblər. Müasir dövrümüzdə uşaqların kitablara maraq göstərməməsinin günahı həm valideynlərin, həm müəllimlərin, həm də kitabxanaçıların üzərinə düşür. Bu məqsədlə biz 23.09.2018 – ci il tarixdə “ Uşağı kitab oxumağa necə alışdırmaq olar ? ” adlı sual – cavab gecəsi keçirdik. Tədbirdə aşağıdakı sualları tərtib etmişdik : “ Müasir uşaqlar niyə kitab oxumur ? ” , “ Mütaliə insana nə verir ? ” ,“ Mütaliə hafizəni gücləndirirmi ? ” , “ Uşaqda kitab oxumağa həvəs yaratmaqda valideynlərin, kitabxanaçıların nə kimi rolu var ? ” Cavablar müxtəlif olsa da çox maraqlı oldu.İlk öncə həmişə uşaqları layla oxuyaraq yatızdırmaq, 2 yaşından yuxarı olanlara nağıl danışmaq, əlvan şəkilli kitablar göstərmək, oxunan kitabları düzgün seçmək,səsli kitablar və DVD – lərdən istifadə etmək, hər oxuduğu kitablara görə hədiyyələr vermək, evdə kitab güşəsi yaratmaq, oxunan kitabları müzakirə etmək, mümkün qədər televizor, kompüter kimi vasitələrdən uzaq tutmaq və.s. Tədbirin yekununda valideynlər bu aktual mövzu ilə əlaqədar kitabxananın əməkdaşlarına öz təşəkkürlərini bildirdilər.