Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

07.11.2025

Gəncə şəhərində Zəfər Gününə həsr olunmuş “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib.

Tədbir Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsinin, MİHİ Gəncə şəhər komitəsinin, Xüsusi Təyinatlı Qüvvələrin, Şəhid Ailələrinin, Qazilərin və Veteranların İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə iştirakçılar Gəncə Memorial Kompleksini ziyarət edərək şəhidlərin əziz xatirəsini anıblar. Daha sonra şəhid övladlarının iştirakı ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxanasının Uşaq şöbəsinin təmirdən sonrakı açılışı keçirilib.

Tədbir Zəfər Gününə həsr olunmuş konsert proqramı ilə Gəncə Dövlət Filarmoniyasında davam edib. Proqram çərçivəsində Gəncə Dövlət Kukla Teatrı “Milçək və Vizilçək” tamaşasını nümayiş etdirib. Gəncə şəhərinin uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri, həmçinin “Zirvə” ansamblı da vətənpərvərlik ruhunda çıxışlarla tədbirə rəng qatıb.

 

791.7 KB

 

569.3 KB

 

591.9 KB