Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Dövlət Filarmoniyasında “Əbədi Qardaşlıq” adlı Zəfər Günü konserti keçirilib

08.11.2025

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğunun və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutub.

Zəfər Gününə həsr olunan bu təntənəli gecədə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Naftalan şəhər icra hakimiyyətinin nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri, eləcə də Türkiyə və Gürcüstan Respublikalarının diplomatik nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının qarşısında yürüş edərək Zəfər marşlarını ifa edib. Mehter sədaları şəhər sakinləri və tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb. Filarmoniyanın qarşısından başlayan yürüş Türk və Azərbaycan dostluğunun simvolik abidəsinin önündən keçərək əhval-ruhiyyəni daha da yüksəldib.

Tədbirdə ilk söz Mehteran Birliyinin nümayəndəsi Albay Tolqa Hasan Bezek Hocaya verilib.

Bədii hissədə tanınmış sənətçilər – Xalq artisti Teyyub Aslanov, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Vüsal Hacıyev, Rüstəm Cəfərov, Pərviz Abdullayev, Elmir Pişnamazzadə Səttar Qəmbərov və Zaur Gəray çıxış edərək tamaşaçılara unudulmaz anlar bəxş ediblər.

Konsertdə həmçinin, Filarmoniyanın Kamera orkestri Xalq çalğı alətləri orkestri, Filarmoniyanın Rəqs kollektivi, Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” Nağara İfaçılar Ansamblı və 2-ci Qarabağ müharibəsi qazisi Elmar Nəsirovun ifası tədbirə xüsusi rəng qatıb.

Həmçinin, Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin möhtəşəm səhnə çıxışı Zəfər ruhunu daha da gücləndirib və tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.

 

141.4 KB

 

160.8 KB

 

215.4 KB