Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Konstitusiya prinsipləri və korrupsiya ilə mübarizə” mövzusunda tədbir keçirilib

19.11.2025

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi ilə əlaqədar "Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya prinsipləri və korrupsiya ilə mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri, Gəncə Apelyasiya Məhkəməsinin əməkdaşları, mədəniyyət müəssisələrinin əməkdaşları və Azərbaycan Texnologiya Universitetinin tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin giriş hissəsində Azərbaycan Konstitusiyasının təminatçısı, dövlətçilik irsimizin dayağı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın hüquqi, siyasi və dövlətçilik sisteminin formalaşması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə birbaşa bağlıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə hüquqi nizam-intizamın bərpası, dövlət orqanlarında məsuliyyətin gücləndirilməsi və qanunlara əməl olunması prioritet istiqamətlər kimi müəyyən edildi. Ulu Öndərin rəhbərliyi ilə qəbul olunan Konstitusiya hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda dönüş nöqtəsi oldu.

Bu sənədin yaratdığı hüquqi çərçivə nəticəsində idarəetmədə şəffaflıq prinsipləri möhkəmləndi, məhkəmə sisteminin müstəqilliyi təmin olundu, vətəndaş hüquqlarının müdafiəsi yeni mərhələyə keçdi. Korrupsiya ilə mübarizə sahəsində təməl mexanizmlər formalaşdı və bu istiqamətdə dövlət strategiyası müəyyən edildi.

 

150.7 KB

 

128.2 KB

 

135.4 KB