05.11.2025
05 noyabr 2025-ci il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 №-li kitabxana filialı və Gəncə Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Müzəffər xalq, Qalib dövlət” adlı ədəbi-bədii kompozisiya və sərgi keçirilib.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra çıxış edənlər — şəhid anaları Nailə Ələkbərova və Nigar Məmmədova, qazi İmran Rəcəbov, Gəncə Maarif Evinin direktoru və Gəncə Dövlət Universitetinin müəllimləri — Zəfərə gedən şanlı yol haqqında fikirlərini bölüşüblər.
Tədbirdə “Biz qalib ölkənin vətəndaşıyıq” adlı şeir səsləndirilib, Respublikanın əməkdar artisti Kəmalə Tağızadə və uşaq musiqi məktəblərinin şagirdləri vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər. Qırıxlı kənd folklor evinin şagirdləri “Azərbaycan” mahnısı və “Xarı bülbül” rəqsi ilə çıxış ediblər.
Sonda Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib və 44 günlük Vətən müharibəsinə aid şəkil, kitab və rəsm əsərlərindən ibarət sərgi təqdim olunub.