Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın döyünən ürəyi Bakı

23.09.2018

23.09.2018-ci il tarixdə MKS-nin 24№li kitabxana filialı Bakı şəhərinin düşmənlərdən azad olmasının və Azərbaycanın paytaxtı elan edilməsinin 100 illiyi münasibətilə “Azərbaycanın döyünən ürəyi Bakı” adlı ədəbi-bədii gecə keçirdi. Tədbiri kitabxanadan Rahilə Qasımova açaraq 15 sentyabr 1918-ci ildə Bakının erməni daşnaklarından, eser menşeviklərindən və onların təkidi ilə gəlmiş ingilis qoşunlarından azad olunması haqqında qısa məlumat verdi və tədbiri açıq elan etdi.Tədbir iştirakçıları Bakının azad edilməsi zamanı şəhid olan Azər-baycan və türk əsgərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 24№li məktəbin tarix müəllimi Şəhlə Mustafayeva “Bakının erməni daşnaklarından və eser menşeviklərindən azad olunması tarixi bir hadisədir” mövzusunda çıxış etdi. Bakının erməni daşnaklarından və eser menşeviklərindən, onların təkidi ilə Bakıya gətirilmiş ingilis qoşunlarından azad olunmasında Osmanlı türk qardaşlarımızın , Qafqaz İslam Ordusunun başçısı Nuru paşanın, digər yüksək rütbəli hərbçilərin köməyini xüsusilə qeyd etdi. Bakının azad olunması ilə Azərbaycan öz müstəqilliyini təsdiq etdi. Döyüşlərdə azərbaycanlılarla yanaşı türk əsgərləri də şəhid oldular. Bu gün şəhidlər xiyabanında 1132 Azərbaycan və türk əsgəri birgə ciyin-ciyinə uyuyur və onların xatirəsinə abidə ucaldılmışdır. Bu abidə Azərbaycan və türk qardaşlığının timsalıdır. Bir millət, iki dövlət, soyu bir, dili bir, mədəniyyəti bir, dini bir qardaşdırlar. Sonra məktəbin tarix müəllimi Xanımzər Tabıyeva “Bakı Azərbaycanın düşünən beyini, vuran ürəyidir” mövzusunda danışdı: Bakısız Azərbaycanı düşünmək belə mümkün deyildi. Həmin o böyük tarixi hadisədən, 15 sentyabrdan yüz il ötməsinə baxmayaraq bu gün də türk qardaşlarımız bizimlədir. Bu dostluq və qardaşlıqla qürur duyuruq.

Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda türk və Azərbaycan qardaşlığını tərənnüm etdirən şeirlər, mahnılar ifa olundu.