18.08.2025
Azərbaycanın qədim yaylaq ənənələrinin yaşadılması və təbliği məqsədilə 15–17 avqust tarixlərində IV Milli Yaylaq Festivalı təşkil olunub. Festival müxtəlif dövlət qurumları və ictimai təşkilatların dəstəyi ilə baş tutub.
Festival çərçivəsində milli mədəniyyətimizə aid müxtəlif sərgilər, folklor nümunələri, qədim peşə və sənətkarlıq nümunələrinin nümayişi, milli mətbəx guşələri, həmçinin konsert proqramları təqdim olunub. Ziyarətçilərə qədim Azərbaycan yaylaq həyatının zəngin ənənələri tanıdılıb.
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsidə tədbirdə iştirak edərək festivalın təşkilinə və proqramına dəstəyini göstərmişdir. İdarəmiz festival çərçivəsində mədəniyyətin müxtəlif sahələrinin təqdimatında, folklor və incəsənət kollektivlərinin çıxışlarında yaxından iştirak edib.
Milli Yaylaq Festivalı ölkəmizin zəngin mədəni irsinin qorunması, gələcək nəsillərə ötürülməsi və regionların turizm potensialının tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir.