01.09.2025
30–31 avqust tarixlərində Göygöl rayonunun Keşgü kəndində Moruq Festivalı baş tutub. İki gün davam edən tədbirdə kənd sakinlərinin yetişdirdiyi moruq məhsullarının sərgisi, mədəniyyət və folklor nümunələrinin nümayişi, eləcə də musiqi proqramları təqdim olunub.
Festivalın təşkilinə Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi dəstək göstərib. Tədbirin əsas məqsədi yerli kənd təsərrüfatı məhsullarının tanıdılması, kənd turizminin inkişafına dəstək vermək və bölgənin sosial-iqtisadi, mədəni potensialını ictimaiyyətə təqdim etməkdir.