Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göygöldə “Milli Musiqimiz – Suverenliyimizin Səsi” adlı tədbir keçirilib

18.09.2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində, Azərbaycan musiqisinin banisi, görkəmli bəstəkar və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Günü münasibətilə Göygöl rayonunda “Milli Musiqimiz – Suverenliyimizin Səsi” adlı tədbir təşkil olunub.

Göygöl “Yay kinoteatrında” keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir. Tədbirdə Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafında əvəzsiz rolu, yaradıcılığının milli kimlik və suverenliyin simvolu kimi əhəmiyyəti vurğulanmışdır.

Konsert proqramında bəstəkarın klassik əsərləri – “Koroğlu” operasından uvertüra, “Arşın mal alan”dan parçalar, simfonik və kamera musiqi nümunələri, həmçinin gənc ifaçıların təqdimatında xalq musiqisinin müxtəlif janrları səsləndirilmiş, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.