Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bakı şəhərinin azad edilməsinin 100 illiyi”

26.09.2018

Goranboy rayonu 1 №-li Şəhər Sənətkarlıq klubunda klubun və Mərkəzi Kitabxananın işçiləri birlikdə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar dəyirmi masa təşkil olunmuşdur.

Tədbiri 1 №-li Şəhər Sənətkarlıq klubunun müdiri Nazilə Kazımova açaraq 1918-ci ildə Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlarından azad edilməsinin 100 illiyi haqqında danışdı.

Mərkəzi Kitabxananın Xidmət şöbəsinin kitabxanaçısı Ülviyyə Kazımova “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” başlıqlı məruzə ilə çıxış etdi.

O qeyd etdi ki, 15 sentyabr 1918-ci il tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olmuşdur. Bu Ordu Bakının azad edilməsində böyük şücaətlər göstərmiş, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlmişlər.

1 №-li Şəhər Sənətkarlıq klubunun metodisti Vüsalə Aslanova, Şahməmmədli kənd kitabxana filialının kitabxanaçısı Rəxşəndə Xəlilova, 4№li şəhər kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova, Mərkəzi Kitabxananın biblioqrafı Qəmər Cəfərova məruzə ətrafı çıxışlar etmişlər.