Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətən sevgisi ilə ucalan qəhrəmanlar” mövzusunda anım tədbiri keçirilib.

26.09.2025

Gəncə şəhər Heydər Əliyev Mərkəzi 27 Sentyabr - Anım Günü ilə əlaqədar "Vətən sevgisi ilə ucalan qəhrəmanlar” mövzusunda anım tədbiri keçirib.

Tədbirdə şəhid anaları, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri, Gəncə Maarif evinin təsisçisi, Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbirdən əvvəl Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşına qanla, qəhrəmanlıqla və qürurla yazılmış bir tarixdir. 2020-ci ilin məhz 27 sentyabrı Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına başladı. Bu müqəddəs yolda minlərlə oğullar şəhidlik zirvəsinə ucaldı, minlərlə qəhrəman qazimiz canı, qanı bahasına torpağa haqqını qaytardı.Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla, dövlətimizin gücünü və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi. Tədbirdə 8 nömrəli tam orta məktəbin şagirdləri şeir kompozisiyası ilə çıxış ediblər. Sonda Şəhidlərə həsr olunmuş video-çarx nümayiş olunub.