Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mir Cəlal Paşayevin anım günü ilə əlaqədar olaraq, onun həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub.

26.09.2025

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anım günü ilə əlaqədar olaraq, onun həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunmuşdur.

Anım tədbiri çərçivəsində:Şagirdlərin ifasında yazıçının hekayələrindən səhnələr göstərildi. Rəsm və bədii qiraət müsabiqəsi keçirildi .

Müsabiqənin əsas məqsədi şagirdlərə ədibin yaradıcılığını daha yaxından tanıtmaq, onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək və ədəbi dəyərlərə maraq yaratmaq olmuşdur.

Ədibin yaradıcılığı xalqına bağlılıq, elmə və əxlaqa sədaqət nümunəsi kimi bu gün də gənclər üçün böyük örnəkdir.

Bədii qiraət müsabiqəsində şagirdlər Mir Cəlal Paşayevin əsərlərindən parçalar, eləcə də müəllifə həsr olunmuş şeirləri səmimi və təsirli şəkildə təqdim etdilər.

Rəsm müsabiqəsində isə ədibin həyat və yaradıcılığına həsr olunmuş maraqlı rəsmlər sərgiləndi.

Tədbirin sonunda qonaqlar tərəfindən qalib gələn şagirdlər Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıldı.